“Neftçi” Latviyaya gedəcək
31.07.2010 - 09:51
“Neftçi” Latviyaya gedəcək
“Neftçi” futzal klubu Latviyadan dəvət alıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu ölkədə avqustun 12-dən 18-dək keçiriləcək beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək.

“Neftçi”nin rəqibləri arasında Rusiyanın “Qazprom-Yuqra”, Ukraynanın “Lokomotiv”, Belarusun “Mapid”, Gürcüstanın “Alva” klubunun olduğu məlumdur. Yarış iştirakçılarının tam siyahısı turnirin startına az qalmış açıqlanacaq.