“Avstriya ilə matçda Azərbaycanla olduğu kimi qələbəyə oynayacağıq”
31.07.2010 - 10:07
“Avstriya ilə matçda Azərbaycanla olduğu kimi qələbəyə oynayacağıq”
Belarusun 21 yaşlılardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində azərbaycanlı həmyaşıdları ilə görüşdən qələbə gözləyir. Apasport.az saytının məlumatına görə, rəqib komandanın baş məşqçisi Georgi Kondratyev seçmə mərhələnin son oyunlarını bir-birindən fərqləndirməyi düzgün saymır.

Veteran hücumçu bu mərhələyə yekun vuracaq yığmamızla ev oyununda mütləq qələbə qazanmalı olduqlarını düşünür: “Avstriya ilə avqustun 11-dəki oyunu işgüzar şəkildə gözləyirik. Hesab etmirəm ki, bu oyun öncəsi əlavə hansısa ajiotaj yaratmalıyıq. Avstriya ilə oyunda Azərbaycan və Şotlandiya ilə görüşlərdə olduğu kimi üç xal oynanılacaq. Vəzifəmiz Avstriyada qələbə qazanmaq üçün dəridən qabıqdan çıxmaq yox, gənclərin birinciliyinin pley-off mərhələsinə çıxmaqdır. Bu məqsədlə hazırlığı qurur, məşq prosesini planlaşdırırıq”.

Qeyd edək ki, Belarus – Azərbaycan oyunu bu ilin sentyabrın 7-də Borisov şəhərində keçiriləcək. Yığmamız ötən il bu rəqibə evdə 2:3 hesabı ilə uduzub.