UEFA Tixon Şişovu “Xəzər-Lənkəran”ın futbolçusu sayır
31.07.2010 - 10:56
UEFA Tixon Şişovu “Xəzər-Lənkəran”ın futbolçusu sayır
Dmitri Kruqlov növbəti dəfə Estoniya yığmasından dəvət alıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı sol cinah oyunçusu bu dəfə “Neftçi” yox, Bakının “İnter” klubunun futbolçusu kimi millisinə yollanacaq.

Yığmanın baş məşqçisi Tarmo Ryutli Avro-2012-nin seçmə mərhələsi çərçivəsində avqustun 11-də Farer adaları ilə evdə keçirəcəkləri rəsmi oyuna açıqladığı heyətdə Kruqlovla yanaşı, bizlərə tanış olan daha iki futbolçuya yer verib. Bunlardan biri Kruqlovla “Neftçi”də bir yerdə oynamış, mövsüm bitəndən sonra onun kimi çıxarılan mərkəz müdafiəçisi Taavi Rahndır.

Rusiyanın birinci divizion təmsilçisi “Baltika”ya keçidi gündəmdə olan Taavi siyahıda klubsuz göstərilib. Ən maraqlısı odur ki, siyahını açıqlayan UEFA-nın rəsmi saytında Tixon Şişov “Xəzər-Lənkəran”ın futbolçusu kimi göstərilib. Amma lənkəranlılar qışda transfer etdikləri sağ cinah müdafiəçisini mövsüm bitəndən sonra sıralarından uzaqlaşdırıb.