Rus məşqçisi azərbaycanlı futbolçuya qiymət verdi
31.07.2010 - 11:28
Rus məşqçisi azərbaycanlı futbolçuya qiymət verdi
Rusiyanın “Saturn” klubunun baş məşqçisi Andrey Qordeyev azərbaycanlı futbolçu Emin Mahmudovun çıxışını qiymətləndirib. Apasport.az saytının məlumatına görə, rus mütəxəssis sərəncamında olan Mahmudov kimi gəncləri arxa plana çəkməyi düzgün saymır. O, 17 yaşlı Emini hazır futbolçu sayır: “Mahmudov əsas heyətin dəyərli futbolçusudur. Belə gənc futbolçulara sadəcə, irəli getmək, təkmilləşmək lazımdır”.

Qeyd edək ki, Lənkəranda anadan olan Emin sonradan ailəsi ilə birgə Rusiyaya köçüb. O, həmyerlimiz Mahir Şükürovun heyətində yer aldığı Mahaçqalanın “Anji” klubuna 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın son turunda oyununda meydanda olduğu 89 dəqiqədə yüksək qiymət alıb.