“Qarabağ” “Visla” ilə oyunun hazırlığına başladı
31.07.2010 - 12:01
 “Qarabağ” “Visla” ilə oyunun hazırlığına başladı
Azərbaycanı Avroliqada təmsil edən “Qarabağ” “Visla” ilə cavab oyununun hazırlığına başlayıb. Apasport.az saytının məlumatına görə, komandamızın üzvləri dünən səhər saatlarında vətənə döndükdən sonra istirahətə buraxılıb.

Baş məşqçi Qurban Qurbanov Polşadakı görüşdə az oynayan və meydana çıxmayanları məşqə çıxardıb. Axşam Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən məşq bir saat davam edib. Bu gündən isə “Qarabağ” tam heyətlə hazırlığa start verib. Saat 10:00-da Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxan ağdamlılar saat yarım çalışıb. Sabah isə “Qarabağ” iki məşqə çıxması nəzərdə tutulub.

Qeyd edək ki, “Qarabağ” “Visla” cavab görüşünü avqustun 5-də Respublika stadionunda keçirəcək.