“Yalan danışdıqları üçün həmin qəzeti bağladım”
31.07.2010 - 23:01
Azərbaycan milli komandasının sabiq futbolçusu, müqavilə ilə “Xəzər-Lənkəran”a məxsus olan Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi
- Özünüzü necə xarakterizə edərdiniz?
- Sakit təbiətli insanam.
- Bunun müsbət və mənfi cəhətləri hansılardır?
- Ən zəif cəhətim insanlara tez inanmağımdır. Daha qarşımdakının mənə yalan danışması haqqında düşünmürəm.
- Bəs müsbət cəhətiniz hansıdır?
- Qarşımdakının kimliyindən asılı olmayaraq, yalan danışmağı xoşlamıram.
- Yəqin sizi çoxları aldadıb?
- Bəli, çoxları aldadıb məni. Bunun peşmançılığını çəkirəm. Tək futbolçular deyil, başqa sahənin insanları da məni aldadıb.
- Bir qədər də konkretləşdirsək, kimlərin adını çəkə bilərsiniz?
- Futbol sahəsində məni kimlər aldadıb, onlar haqqında vaxtı çatanda danışacağam. Məni yarı yolda qoyub. Futboldan kənar isə biznesim olub. Bu sahədə də mənə yalan danışıblar.
- Maşallah, indi futbolçularımız pis qazanmırlar. Siz necə, bu qazancla öz biznesinizi qurmusunuzmu?
- Buna biznes demək olmaz. Hər halda, özümə dar gün üçün bir şey yığa bilmişəm.
- Hansı sektoru seçmisiniz?
- Əmlakdır.
- Alqı-satqı sahəsidir?
- Almışam, amma hələ satmaq fikrim yoxdur.
- Bir ara adınız mətbuat orqanı yaratmaqda da hallandı. Deyəsən, qəzet təsis etmişdiniz?
- Bəli, “Şou biznes press” qəzeti idi. Normal da işləyib. Sonra mənə yalan danışdılar. Nəticədə qəzetin fəaliyyətini dayandırdım.
- Deyəsən, şou-bizneslə aranız yaxşıdır?
- Qətiyyən. Demək olar, maraqlanmıram. Sadəcə, tanışlardan biri bu sahə ilə bağlı ideya təqdim etdi. Mən də dəstəklədim.
- Maraqlanmadığınız sahəyə sərmayə qoymaq nə dərəcədə düzgün addım idi?
- Bilirsiniz, qəzetin fəaliyyət göstərməsi üçün bütün şəraiti yaratmışdıq. Nə lazım idi, edirdik. Heç gəlir də götürmürdük. Sadəcə, yalan danışdıqlarına görə, bağladım.
- Sizə bu qədər yalanlar danışıblar. Bunlar sizi qorxuzmur?
- Nədənsə ziyan çəkmişəmsə, ona görə heç vaxt heyfsilənmərəm. Çünki fikirləşməklə, onu geri qaytarmaq, əvvəlki kimi olmaq mümkün deyil.
- Dostluqda sədaqətli insansınız?
- Əlbəttə. Dost başqa, yaxın insan başqadır. Bunu xırdalamağa ehtiyac yoxdur. Mən dostlarıma həmişə sadiqəm.
- Dostunuz çoxdurmu?
- Elə də yox. Yoldaşlarım çoxdur. Dostlarım azdır.
- Futbolçular arasında qohum olduğunuz varmı?
- Xaqani Məmmədovun oğlunun kirvəsiyəm. Onun qardaşı Füzuli ilə də münasibətlərimiz yaxşıdır. Emin İmaməliyevlə ailəvi dostuq. Bu insanlarla bir yerdə olanda, özümüzü rahat hiss edir, səmimi oluruq.
- Dar günlərinizdə dərdinizi kimlərlə bölüşmüsünüz?
- Adlarını çəkdiyim dostlarımla. Sözün düzü, heç vaxt kimdənsə kömək gözləməmişəm. Hər şeyi verən Allahdır.
- Peşəkar futbolçu olmasaydınız, idmanın hansı növünə üstünlük verərdiniz?
- Digər növlərə elə də marağım yoxdur. Düzdür futboldan əvvəl iki ay güləşə getdim. Sonradan futbolu seçdim.
- Bəs sonradan niyə fikrinizi dəyişdiniz?
- Bir dəfə güləşən zaman rəqibim də məni kimi ayağa girdi. Onun başı burnuma dəydi və burnum qanadı. Başa düşdüm ki, bu idman növü mənlik deyil.
- Evlisiniz?
- Bəli, bir qızım var.
- Sevmisiniz?
- Əlbəttə, özüm sevib, evlənmişəm.
- Harda tanış olmusunuz?
- Yoldaşımla Artroloji Mərkəzdə tanış olmuşam. Cərrahiyyə əməliyyatı olanda gördüm. Həmin mərkəzdə həkim işləyirdi.
- Fikrinizi bildirmək çətin olmadı?
- Bir az. Əsas problem yolla bağlı idi. Mərkəz Şıxovda yerləşirdi. Hər gün ora gedib-gəlmək lazım idi. Çətinliklə də olsa, razılığa gəldik.
- İlk dəfə ona yaxınlaşıb, sevdiyinizi deyəndə, reaksiyası necə oldu?
- Ona evlənəcəyimizi demədim. Hər ikimiz görürdük ki, hadisələr ona doğru gedir. Sadəcə, bir-birimizi tanımaq üçün müəyyən zamana ehtiyac var idi.
- Yoldaşınızı lazımınca tanıya bilmisinizmi?
- Bu gün xoşbəxtəmsə, deməli, xanımımı tanıya bilmişəm.
- Övladınız necə, sizi incitmir?
- Qətiyyən. 2-ci sinifdə oxuyur. Təbiətcə sakit uşaqdır.
- Adətən bizdə oğlan uşağını daha çox istəyirlər.
- Əksinə, qız uşağı daha şirin olur.
- Şou-biznesi sevmədiyinizi, sadəcə layihəni reallaşdırdığınızı söylədiniz. Bəs işlədiyiniz müddətdə necə, şou-biznes sahəsində kimlərlə tanış oldunuz?
- Yenə deyirəm, maraqlanmırdım. Qəzetin fəaliyyət göstərməsi üçün ofis tutdum, kompüter, geyim dəstləri aldım. Aylıq maaşlarına qədər tam ödənilirdi. Ancaq onlar məni aldatdılar.
- Pulunuzu mənimsədilər?
- İşə səhlənkar yanaşdılar.
- Nə vaxtsa media maqnatı olmaq haqqında düşünmüsünüz?
- Qətiyyən, sadəcə bilsəydim ki, sonu belə olacaq, onda futbol qəzeti yaradardım. Futbol qəzeti açsaydım, reytinqdə daha yuxarıda gedə bilərdim. İnsan hər addımda səhv edə bilər. Peşman deyiləm. Səhv edə-edə öyrənirəm.
- Qardaşınız da futbolçudur. Ancaq onun karyerası parlaq alınmadı...
- Bəlkə də futbola gec gəlməsi ilə bağlıdır. Həm də səhlənkar uşaqdır. İndi çimərlik futbolunda oynayır. Görək, necə olur.
- Futboldankənar nə ilə maraqlanırsınız?
- Cizgi filmlərini seyr etməyi xoşlayıram. “Tom və Cerri”, “Şir və Fil” macərasını sevə-sevə izləyirəm. Yerli cizgi filmlərimiz demək olar, yoxdur. Varsa da, efirdə çox nadir hallarda göstərilir. “Yol əhvalatı” filmini heç bir əcnəbi filmə dəyişmərəm. Amma gəlin görək, bu cür filmlərimizə nə qədər yer ayırırlar, səviyyəsiz seriallara nə qədər...
- Sizə təklif etsələr ki, cizgi filmi çəkməyə maliyyə cəhətdən yardım edin, cavabınız nə olar?
- “Yol əhvalatı” filmi çəkiləndə, guya pul dolu idi? Qaldı ki, cavabıma, imkan daxilində kömək edərdim.
- Boş vaxtlarınızı necə keçirirsiniz?
- Son iki ayda futbol oynamadığıma görə, ailəmin yanında olmuşam. Antalyaya dincəlməyə getmək istəyirdik. Hətta biletləri də sifariş vermişdik. Qardaşımın toyu ilə əlaqədar, gedəsi olmadı. Biletlərə görə də bizi cərimələdilər.
- Bəs Azərbaycanın hansı bölgəsini xoşlayırsınız?
- Qələbə, İsmayıllı, Lerik tərəfi bəyənirəm.

0
0