Mirça Rednik məşhur futbolçunu “Xəzər-Lənkəran”a gətirir
31.07.2010 - 12:29
“Xəzər-Lənkəran”ın rumıniyalı baş məşqçisi Mirça Rednik komandada həmyerlilərinin sayını artırmaq istəyir. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Stanku Stelian və Katalin Domanın ardınca tanınmış hücumçu Marius Nikulaeyə göz qoyub.
Rumın həmkarlarımızın yazdığına görə, Rednikin bu cəhdləri hələlik uğursuz nəticələnir. Məsələ ondadır ki, “Xəzər-Lənkəran” Nikulaenin oynadığı Buxarestin “Dinamo” klubuna 700 min avro məbləğində konkret təklif irəli sürsə də, hələ keçid həllini tapmayıb. 29 yaşlı futbolçunun illik məvacibi isə 400 min avrodan az deyil. Ancaq transferin baş tutacağı real sayılır. Çünki Marius bu məvacibi vətənində ala bilmir və lənkəranlıların təklifi onun üçün cəlbedici görünür. Tərəflər arasında danışıqların Avroliqada Xorvatiyanın “Hayduk” klubu ilə səfər oyunundan sonra müsbət yekunlaşacağı gözlənilir. “Dinamo” evdə keçirilən ilk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Rednik Nikulaeni Buxarest “Dinamo”sunda rəhbərliyi altında oynadığı dövrdən tanıyır. Vətənində yalnız bu klubda oynayan hücumçu Portuqaliyada “Sportinq”, Belçikada “Standard”, Almaniyada “Maynts”, Şotlandiyada “İverness”də oynayıb. Maruis 2000-ci ildə “Dinamo” ilə “qızıl dubl” edib. O, 2002-ci ildə “Sportinq”in heyətində Portuqaliya çempionluğu, kuboku və Superkobukunu qazanıb. Nikulae 2000-ci ildən cəlb olduğu yığmada 29 oyuna 13 qol vurub.

0
0