“Tvente” Superkuboku da Cavadovsuz qazandı - YENİLƏNİB
31.07.2010 - 23:54
Hollandiya Superkubokunun qalibi müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, əfsanəvi Yohan Kroyffun şərəfinə onun adını daşıyan Superkubok uğrunda həlledici qarşılaşmada həmyerlimiz Vaqif Cavadovun şərəfini qoruduğu “Tvente” klubu “Ayaks”la qarşılaşıb.
Bakı vaxtı ilə saat 23:00-da “Amsterdam Arena”da başlayan matçda Enshede təmsilçisinin heyətində futbolçumuz da meydana çıxa bilərdi. Belə ki, baş məşqçi Mişel Pryudom Cavadovun adını matçın iştirak ərizəsinə daxil etmişdi.
Lakin hələ də rəsmi oyunlarda “Tvente”də debüt etməyən Vaqif yenə “11-lik”dən kənarda qalıb. İndiyədək yalnız yoxlama oyunlarında və əvəzedici komandada oynamış həmyerlimiz matçın gedişində meydana daxil ola bilərdi.
Son Hollandiya çempionu rəqibinin meydanında oynadığı görüşə meydan sahibi kimi başlayıb. Bunun nəticəsi olaraq artıq 8-ci dəqiqədə Lük De Yonq “Tvente”ni hesabda irəli çıxarıb. Qoldan sonra sanki şoka düşən “Ayaks” ilk yarının ortalarınadək özünə gəlməyib. Bundan sonra “ayılan” amsterdamlılar bərabərlik qolu vurmaq üçün xeyli çalışsa da bu, bəhrəsini vermədi.
Dünya çempionatında Uruqvay milli komandasının yarımfinala çıxmasında pay sahiblərindən olan Suaresin qırmızı vərəqəsi isə “Ayaks”ın oyununa təsir etdi. Fasilə ərəfəsindəki bu “qəhrəmanlıq” mundialdakından fərqli olaraq uğur gətirmədi.
İkinci hissənin böyük zaman kəsiyində meydanda “Tvente” “ağalıq” edirdi. Yalnız matçın son 10-15 dəqiqəsində amsterdamlı azarkeşlərin sədaları ilə “Ayaks” irəli atıldı. Lakin Enshede təmsilçisi 10 nəfərlə qalan rəqib qarşısında nəinki müdafiə olundu, hətta üstünlüyü də əldən vermədi.
Beləliklə, yanvarda “Tvente”yə transfer olunan Vaqif oynamadan ikinci titulu qazandı. Komandada rəsmi debüt etmədən Hollandiya çempionu olan 21 yaşlı hücumçu indi də Superkubokun sevincini yaşayır.
Yohan Kroyff kuboku - Hollandiya Superkuboku
23:00. “AYAKS” – “TVENTE” - 0:1
QOL:Bayrami, 8
Baş hakim: Kevin Blom
“AYAKS”: Stekelenburq, Van der Viel, Alderveyreld, Anita, Enoh (Lindqren, 6/Süleymani, 67), Eriksen, Sim De Yonq, Suares, De Zeuv, Suk (Emanuelson, 46), Oleguer.
“TVENTE”: Mixaylov, Tiendalli, Visqerhof, Duqlas, Karni, Brama, Yansen, Tiote, Bayrami (Parker, 81), Lük De Yonq, Ruiz (Bannik, 87).
SARI VƏRƏQƏLƏR: Suares, 10, Lük De Yonq, 54, Bayrami, 80, Tiote, 88, Anita, 89
QIRMIZI VƏRƏQƏ: Suares, 41
Amsterdam. “Amsterdam-Arena” stadionu

0
0