“Milan” və “Real”da oynamış futbolçu “Bakı”da!
31.07.2010 - 13:28
“Milan” və “Real”da oynamış futbolçu “Bakı”da!
Çempionlar Liqasının (ÇL) qalibi olan braziliyalı futbolçu Julio Sezarın “Bakı” klubuna keçidi reallaşır. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Türkiyə Superliqasında “Qaziantepspor”da oynayan 32 yaşlı müdafiəçi paytaxt təmsilçisinin formasını geyinməyə razılıq verib.

Artıq bununla bağlı tərəflər arasında bütün şərtlər razılaşdırılıb və ancaq müqaviləyə imza atmaq qalır. Sezar bu məqsədlə bazar ertəsi Bakıya gəlib, klub rəhbərliyi ilə görüşəcək. “Bakı”nın almaniyalı baş məşqçisi Vinfred Şafer serb Stiven Batesin gedişindən sonra müdafiənin mərkəzində yaranan boşluğu Sezar kimi təcrübəli futbolçu ilə doldurmaq fikrindədir.

Qeyd edək ki, Julio ÇL-i qazandığı Madridin “Real” klubu ilə yanaşı, “Milan”, “Valyalolid”, “Real Sosyedad”, “Benfika”, “Bolton” kimi klublarda oynayıb.