“Turan” bütün oyunlarda uduzdu
31.07.2010 - 13:40
“Turan” bütün oyunlarda uduzdu
Tovuzun “Turan” klubu Gürcüstanda hazırlığını başa vurub. Apasport.az saytının məlumatına görə, Sakit Alıyevin baş məşqçisi olduğu komanda Tiflisdə keçirdiyi son yoxlama oyununda yerli “VİT-Corciya”ya 0:2 hesabı ilə uduzub. Bununla tovuzlular qonşu ölkə hazırlıq prosesi çərçivəsində keçirdiyi sınaq matçlarının hamısında yenilib. Komandamız buna qədər Sxinvalinin “Spartak” klubuna 1:2, Rustavi “Olimpi”sinə 0:2 hesabı ilə uduzmuşdu.