ŞOK: Milli komandanın baş məşqçi zorla fəhləliyə cəlb olunub
31.07.2010 - 14:02
ŞOK: Milli komandanın baş məşqçi zorla fəhləliyə cəlb olunub
Dünya çempionatında uğursuz çıxış edən Şimali Koreya yığmasının üzvləri vətəndə sərt cəzalarla qarşılaşıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi postundan və Koreya İşçi Partiyasından çıxarılan Kim Yonq Hun zorla inşaat işçisi edilib.

Komanda üzvləri Xalq Mədəniyyət Sarayında zorla səhnəyə çıxarılaraq, idman naziri Pak Myonq-Çol tərəfindən təhqirə məruz qalıb. Ancaq yığma üzvlərinin daha ağır cəzalarla üzləşəcəyi deyilir. Belə ki, Hunu Şimali Koreyanın əfsanəvi lideri Kim Yonq İlin oğlu Kim Yonq Una xəyanət etməsi səbəbi ilə edam təhlükəsi gözləyir. Son aylarda ölkədə iki şəxs işini uğursuz gördüyünə görə asılıb. Digər məlumatda bildirilir ki, yığma üzvləri əsir düşərgələrinə göndərilib.

Qeyd edək ki, Şimali Koreya yığması mundilada Braziliyaya 1:2, Portuqaliyaya 0:7, Kot D’İuvara 0:3 hesabı ilə uduzaraq, qrup sonuncusu olub.