“Hücum və yarımmüdafiə xəttini mütləq gücləndirməliyik”
31.07.2010 - 16:07
Mövsümlərarası fasilədə təlim-məşq toplanışı keçirmək üçün ötən həftə Gürcüstana yollanan “Turan” vətənə dönüb. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisi dünən Tbilisidə sonuncu yoxlama oyununa çıxıb. Sparrinq-rəqib isə “VİT-Corciya” olub. Oyun 2:0 hesabı ilə başa çatıb. Qələbəni qonşu ölkə təmsilçisi bayram edib.
Artıq Tovuzda olan komandanın baş məşqçisi Sakit Alıyev oyunla bağlı bunları deyib: “Baxmayaraq ki, “Olimpi” Gürcüstanın sonuncu çempionu olsa da, “VİT-Corciya” daha güclü idi. Uduzsaq da, uşaqlar sonuncu oyunda daha yaxşı təsir bağışladı. Heyəti gücləndirməliyik. Orada olduğumuzu müddətdə baxışa dəvət etdiyimiz futbolçular arasında çıxışından razı qaldığım oyunçular oldu. Onların keçidinin reallaşması barədə rəhbrəliklə söhbət edəcəyik. Hücum və yarımmüdafiə xəttini mütləq gücləndirməliyik”.
Qeyd edək ki, futbolçulara 1 günlük istirahət verən Alıyev “İnter”lə oyunun hazırlığına sabahdan start verəcək.

0
0