Maradona Braziliyaya qarşı
01.08.2010 - 20:22
Dünyanın ən güclü yığmalarından sayılan Braziliya və Argentina milli komandaları növbəti dəfə qarşılaşmaq haqda razılıq əldə edib. Apasport.az saytının məlumatına görə, Braziliya Futbol Konfederasiyasının prezidenti Rikardo Teyşeyra və onun argentinalı həmkarı Xulio Qrondona arasında görüşdə Roka kubokunun bərpası haqda razılıq əldə olunub.
Bu kubok uğrunda oyun Cənubi Amerikanın iki nəhəngi arasında keçirilən oyunda müəyyənləşir. Özü də bu matçda yalnız milli çempionatda çıxış edən futbolçular çıxış edə bilər. Yeni anlaşmaya görə ilk belə qarşılaşma gələn il baş tutacaq.
Roka kubokunun tarixi isə 97 il əvvələ təsadüf edir. 1913-cü ildə Argentina prezidenti Xulio Arxentino Roka iki ölkədə futbolun inkişafı üçün belə oyunun təşkil edilməsini lazım bilmişdi. Bu ənənəvi kubok 11 dəfə qalibini tapdıqdan sonra müvəqqəti ləğv olunmuşdu. Həmin qarşılaşmalarda futbol “kralı” Pelenin həmvətənləri 8, indi də Argentina yığmasını çalışdıran Dieqo Maradonanın həmyerliləri isə cəmi 3 qələbə qazanmışdı.

0
0