UEFA-nın cəzalandırdığı klub məhkəməyə üz tutdu
01.08.2010 - 20:54
UEFA-nın cəzalandırdığı klub məhkəməyə üz tutdu
İspaniyanın “Malyorka” klubu UEFA-nın İntizam Komitəsini məhkəməyə qərar verəcək. Apasport.az saytının məlumatına görə, maliyyələşmə ilə bağlı problemləri üzündən avrokuboklara buraxılmayan klub bu qərarla barışmaq niyyətində deyil.

Belə ki, Balear adaları təmsilçisi İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməyə qərar verib. İspaniya çempionatında 5-ci yeri tutub Avropa Liqasına vəsiqə qazanan “Malyorka” ədaləti bu yolla bərpa etmək arzusundadır.

Qeyd edək ki, cəzalanan “Malyorka”nı ölkə çempionatında 7-ci olan “Vilyarreal” əvəzləməlidir.