Berti Foqtsun həmyerliləri dünya çempionu oldular
01.08.2010 - 21:21
Berti Foqtsun həmyerliləri dünya çempionu oldular
20 yaşadək qızlardan ibarət milli komandalar arasında dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Almaniyada keçirilən final mərhələsində elə meydan sahibləri qalib gəlib. Həlledici qarşılaşmada nigeriyalılarla qarşılaşan Avropa təmsilçisi hər hissədə 1 qol vuraraq 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun həmyerlilərinin ikinci belə zəfəridir. 2004-cü ildə də titulun sahibi olan Almaniya bununla da ABŞ-a çatıb. 2002 və 2008-ci illərdə dünya çempionu olan amerikalılarla yanaşı KXDR da (2006) planetin ən güclüsü adını qazanıb.