“Fənərbaxça” Fransa çempionatının bombardirini alır
01.08.2010 - 21:24
“Fənərbaxça” daha bir futbolçunun transferini gerçəkləşdirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Fransa “Marsel”ində oynayan Mamadu Nyanqı heyətinə qatmaq istəyir.
Artıq klublar seneqallının keçidi ilə bağlı razılığa gəliblər. “Fənərbaxça” Nyanqa görə 8 milyon avro ödəyəcək. Afrikalının Türkiyədəki illik qazancı isə 2,5 milyon avro olacaq.
Qeyd edək ki, marsellilərlə müqaviləsi 2014-cü ilədək olan Nyanq son mövsüm vurduğu 18 qolla Fransa çempionatının ən yaxşı bombardiri olub.

0
0