Azərbaycan Superkuboku keçirilsəydi...
01.08.2010 - 22:31
Azərbaycan Superkuboku keçirilsəydi...
Bu gün “Bakı” və “İnter” klubları arasında yoxlama oyunu keçirilib. Apasport.az saytının məlumatına görə paytaxt derbisi Azərbaycan Superkuboku uğrunda matçı xatırladıb. Belə ki, belə yarışın təşkil olunmadığı vaxtda son ölkə çempionu “İnter” Azərbaycan kubokunun qalibi “Bakı”nın qonağı olub.

"Bakı"nın bazasında baş tutan yoldaşlıq oyunu qolsuz heç-heçə ilə başa çatıb. Ölkə çempionu və vitse-çempionunun oyununu minə yaxın azarkeş izləyib. Bu qarşılaşma qırmızı vərəqəsiz bitməyib. İkinci hissədə oyuna daxil olan Nizami Hacıyevin hakimı təhqir etməsi “İnter”in azlıqda qalması ilə nəticələnib.