“Visla” qapıçısını icarəyə verdi
02.08.2010 - 09:07
“Visla” qapıçısını icarəyə verdi
“Qarabağ”ın Avroliqada rəqibi olan “Visla” futbolçusu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, Krakov təmsilçisi qapıçısı Lukas Yarosinskini “Qurnik” klubuna icarəyə verib. O, yeni komandasında gələn mövsümün hamısını keçirəcək. “Qurnik” Polşa çempionatının I divizionunun təmsilçisidir. Polkovitsanı təmsil edən komanda ötən mövsüm II liqada 2-ci yeri tutub.
Qeyd edək ki, “Qarabağ”a ilk oyunda evdə 0:1 hesabı ilə uduzan “Visla” cavab görüşünü avqustun 5-də Bakıda keçirəcək.