“İqor Nakoneçnının iş üslubu Azərbaycanda da belə idi”
02.08.2010 - 09:34
Ukrayna çempionatının I divizionunda Azərbaycan çempionatının iştirakçılarının görüşü olub. Apasport.az saytının məlumatına görə, İmişlinin “MKT-Araz” klubunun sabiq baş məşqçisi İqor Nakoneçnı orada rəhbərliyi altında oynamış Andrey Parxomenko ilə bu dəfə çalışdırıcı kimi rəqib olub.
Nakoneçnı “Çernomorets”, Parxomenko isə “Dnestr”in baş məşqçisi kimi son turda üzləşib. Müəllimlə tələbənin qarşıdurması sülhlə bitib – 1:1. “Dnestr”ı məğlubiyyətdən 2006-ci ildə “Bakı”nın heyətində Azərbaycan çempionu olan ukraynalı hücumçu Stanislav Loban vurduğu qolla xilas edib.
Parxomenko oyun haqda fikirlərində ölkəmizdə Nakoneçnı ilə işlədiyi dövrü xatırlayıb: “Rəqibin öz liderlik keyfiyyətləri var idi. Mən Nakoneçnını çoxdan tanıyıram. Onun rəhbərliyi altında oynamışam. Nakoneçnının həmin iş üslubudur ki, bu da bəhrəsini verir. Bu, Azərbaycanda da belə idi. Mən onun oyun üslubunu bilirdim. Ancaq əlbəttə ki, çətin idi”.
Qeyd edək ki, ukraynalı Parxomenko həmyerlisi Nakoneçnının rəhbərliyi altında Moldovanın “Şerif” klubunda da oynayıb. Moldova yığmasının hücumçusu olan Anatoli Doroş isə vaxtilə Parxomenko ilə Nakoneçnının rəhbərliyi alıtnda “MKT-Araz”da oynayıbsa, indi “Çernomorets”in futbolçusudur.

0
0