Puyol qərarını dəyişdi
02.08.2010 - 10:02
“Barselona”nın kapitanı Karles Puyol yığma karyerasını bitirəcəyi ilə bağlı qərarını dəyişib. Apasport.az saytının məlumatına görə, ispaniyalı müdafiəçi baş məşqçi Visente del Boske və yığma komandanın idman direktoru Fernando Yerro ilə danışıqlardan sonra qərarını dəyişmək məcburiyyətində qalıb. Onlarla görüşdən sonra Puyol daha 2 il milli komandanın formasını geyinəcəyini bəyan edib.
2000-ci ildən 90 dəfə İspaniya yığmasının heyətində meydana çıxan müdafiəçi 3 qola imza atıb.
Qeyd edək ki, “Barselona”lı futbolçu milli komanda ilə Avro-2008 və DÇ-2010-un qızıl medallarına sahib olub.

0
0