Fiqu mübarizəyə başladı
02.08.2010 - 10:15
Portuqaliya futbolunun əfsanəvi Luiş Fiqu prezidentliyə namizədliyini verir. Apasport.az saytının məlumatına görə, karyerasını keçən il bitirən 38 yaşlı veteran oyunçu Portuqaliya Futbol Federasiyasının (PFF) prezidenti postu uğrunda mübarizə aparmaq niyyətindədir.
Fiqu artıq özünə tərəfdarlar taparaq, onun imzalarını yığıb. PFF-də prezident postunu uzun illərdir Jilbertu Madail tutur.
Qeyd edək ki, karyerasının ən yaxşı illəri “Barselona” və “Real”da keçirən Fiqu yığmasının heyətində Bakıya da gəlib. O, 1999-cu ilin sentyabrında millimizlə Tofiq Bəhramov adına Respublika stadionunda keçirdikləri rəsmi oyunun sonunda vurduğu qolla komandasını biabırçı məğlubiyyətdən qurtardı – 1:1.

0
0