“İlk oyunda qaçırdığımız qol imkanları bizə problem yarada bilər”
02.08.2010 - 10:42
“Mən də düşünürəm ki, ilk görüşdə qaçırdığımız qol imkanları bizə problem yarada bilər. Bəlkə də belə daha yaxşıdır. Artıq hesabın sürüşkən olduğunu bilirik. Bu səbəbdən oyuna ciddi hazırlaşacağıq. Ancaq yenə deyirəm, qol vəziyyətlərini boşa verməyimiz bizə baha başa gələ bilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqov deyib.
Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Visla” ilə cavab oyununa çıxacaq “Qarabağ” səfərdə 1:0 hesabı ilə qələbə qazansa da, futbolçular bir qədər ehtiyatlı danışırlar. Əksəriyyət bunu Ağdam təmsilçisinin rəqibdən çəkinməsi kimi dəyərləndirsə də, komandanın aparıcı oyunçusu olan Sadıqov bununla razılaşmır. O, əksinə, bu hesabın cavab oyununda işlərinə yarayacağına inandığını bildirib: “Bizdə qorxu yoxdur. Səfərdə oynayanda da heç nədən çəkinmirdik. “Visla”nın güclü komanda olduğunu bilirik. Onlar oyunun videoyazısına baxıb, öz səhvlərini təhlil edəcəklər. Həm də bizim evdəki oyunlarımız ağır keçir. “Rusenborq”, “Honka” ilə görüşləri yadımıza salın. Oyundan sonra uşaqlarla yığışıb söhbət etdik. Hesab 1:0 yox, 0:0-dır. Qarşıda bizi çətin 90 dəqiqə gözləyir. Şanslara gəldikdə, 50-nin 50-yədir. Mərhələni hansı komandanın adlayacağını cavab oyunu göstərəcək”.
Qeyd edək ki, “Qarabağ” – “Visla” qarşılaşması avqustun 5-də keçiriləcək.

0
0