“Qarabağ” - “Visla” oyunu 1 manata!
02.08.2010 - 11:14
Ağdamın “Qarabağ” klubunun “Visla” ilə keçirəcəyi matçın biletlərinin qiyməti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avroliqanın III təsnifat mərhələsinin cavab oyununun biletlərini bu gündən etibarən satışa çıxarılıb. Avqustun 5-də keçiriləcək qarşılaşmanı 1-27-ci sektordan izləmək arzusunda olan azarkeşlər üçün biletlərin qiyməti 1 manatdır. VİP C və VİP D sektorlarının qiyməti isə 10 manat təşkil edir.
Qeyd edək ki, “Qarabağ” ilk oyunda səfərdə “Visla”ya 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Qarabağ” ilk oyunda səfərdə “Visla”ya 1:0 hesabı ilə qalib gəlib.
0
0