“Qarabağ” “Bayer” və “Bursaspor” klublarına yuxarıdan aşağı baxır
02.08.2010 - 11:48
“Qarabağ” “Bayer” və “Bursaspor” klublarına yuxarıdan aşağı baxır
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası klubların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, siyahıda yeganə təmsilçimiz olan “Qarabağ” böyük sıçrayış edib.

Belə ki, 102 pillə irəliləyən Ağdam təmsilçisi hesabındakı 88,5 xalla 189-cu yerdədir. Komandamız bu göstərici ilə məşhur klublardan “Bayer” (Almaniya), “Napoli” (İtaliya), “Birmingem” (İngiltərə), “Palmeyras” (Braziliya) və “Bursaspor”u (Türkiyə) qabaqlayıb.

Qeyd edək ki, "Qarabağ" son siyahıda 291-ci yerdə qərarlaşmışdı.