“Neftçi” bombasını partlatdı
02.08.2010 - 12:00
Emil Mpenza Bakının “Neftçi” klubunun şərəfini qoruyacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Belçika mətbuatı yazıb.
Xəbərdə Belçika yığmasının hücumçusunun bakılılarla 3 illik müqavilə imzaladığı bildirilir. 32 yaşlı futbolçunun son klubu İsveçrədə “Syon” olub.
Mpenza Belçika millisinin heyətində 57 oyun keçirib və 19 qol vurub. Azərbaycana qarşı da oynamış hücumçu “Şalke-04”, “Hamburq” və “Mançester Siti” kimi klubların şərəfini qoruyub.
“Neftçi” klubunun baş məşqçisi Arif Əsədov isə apasport.az saytına açıqlamasında xəbəri nə təsdiq, nə təkzib edib: “Mpenza Bakıya sabah gələcək. Bundan sonra hər hansı açıqlama verə bilərəm”.

0
0