“HYUNDAİ AZERBAİJAN” “Qəbələ”ni avtobusla təmin edəcək
02.08.2010 - 13:09
“Qəbələ” klubunun bu gün “HYUNDAİ AZERBAİJAN” şirkəti ilə imzaladığı sponsorluq müqavilənin əsas məqsədi açıqlanıb. Apasport.az saytının məlumatına görə, şirkət yeni əməkdaşlığa başladığı komandanı öz avtomobilləri ilə təmin edəcək.
Azərbaycanda avtomobil sahəsində liderlərdən olan “HYUNDAİ AZERBAİJAN” əyalət təmsilçisini avtobusla, klub rəhbərliyi və texniki heyəti isə avtomobillərlə təmin edəcək. Ancaq bu, futbolçulara aid edilmir.
Qeyd edək ki, “Qəbələ”nin yeni geyimlərinin üstündə “HYUNDAİ AZERBAİJAN”ın adı göstərilib. Bu, avqustun 4-də futbolçuların təqdimetmə mərasimində nümayiş olunacaq.

0
0