Azərbaycan yığması jurnalistlər üçün məşq keçəcək
02.08.2010 - 13:12
Azərbaycan yığması jurnalistlər üçün məşq keçəcək
Bu gün Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Apasport.az saytının məlumatına görə, hazırlıq çərçivəsində avqustun 4-də saat 10:30-da millinin mətbuat üçün açıq məşqi keçiriləcək.

“Qarabağ”ın üzvlərinin iştirak etmədiyi toplanışa baş məşqçi Berti Foqts 17 futbolçu dəvət edib.

Qeyd edək ki, yığmamız avqustun 11-də Küveyt milli komandası ilə qarşılaşacaq.

Mənbə: affa.az