“Neftçi” Mpenzaya yüksək maaş verəcək
02.08.2010 - 13:23
“Sion” Emil Mpenzanı heyətdə saxlamaq istəsə də, o, bununla razılaşmadı. Komanda rəhbərliyinə təşəkkür edən futbolçu onlarla yolunu ayırmağa qərar verdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika yığmasının futbolçusu Emil Mpenzanın agenti Rəşid Tamut deyib.
Artıq İsveçrədən ayrılan Mpenza meneceri ilə sabah Bakıya gələcək. “Neftçi” rəhbərliyi ilə müqavilənin şərtlərini ətraflı müzakirə edəcək belçikalı futbolçu ictimaiyyətə təqdim oluna bilər.
Tamut bildirib ki, Mpenzanın alacağı əmək haqqını açıqlaya bilməsə də, məbləğ çox yüksəkdir: “Mən hücumçunun Bakıda qazancını açıqlaya bilmərəm. Lakin yüksək olacağı ilə bağlı məlumat verə bilərəm. Çünki “Neftçi” Azərbaycanın “Real”ıdır”.

0
0