Klub prezidenti “Xəzər-Lənkəran”a mesaj göndərdi
02.08.2010 - 13:53
Klub prezidenti “Xəzər-Lənkəran”a mesaj göndərdi
“Vurğun Hüseynov getmək istəyirsə, problem yaratmayacağıq. Ancaq “Xəzər-Lənkəran” onu istəməsi ilə bağlı bizə rəsmi müraciət etməyib. Şəxsən mənimlə konkret heç kim əlaqə saxlamayıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.

Komandasının mövsümə hazırlığı barədə gəlincə, Süleymanov bildirib ki, daha bir oyunçuya dəvət göndəriblər: “Transfer çalışmalarımız davam edir. Gürcüstanda olan zaman bəyəndiyimiz futbolçulardan birinə dəvət göndərmişik. Ola bilsin, ölkəmizə gəlsin. Komanda çempionata hazırdır. Ancaq transferə ehtiyac var”.