Alastair Savyerimutto: Misli görünməmiş müqaviləyə imza atdıq
02.08.2010 - 14:26
“Mayda Toni Adamsın gəlişi zamanı təqdimetmə mərasimindən sonra bir sıra layihələri həyata keçiririk. Onlardan biri icma əsaslı futbol proqramının reallaşması idi və indi bunun 12-ci həftəsini yaşayırıq. Həmin proqram 300-ə yaxın uşaq futbolçunun inkişafına imkan verir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ” klubunun icraçı-direktoru Alastair Savyerimutto deyib.
Hələ Toni Adamsın gəlişinə qədər ölkəmizə təşrif buyuran ingilis mütəxəssis bu günün onun üçün xüsusi önəm daşıdığını bildirib: “Mən məhz bu gün, bu saatda Azərbaycana qədəm qoyub, işə başlamışam. Qarşımıza qoyduğumuz planların həyata keçirilməsi yönündə işimiz davam etdiririk. Sentyabrda uşaq futbolunun inkişafı ilə bağlı növbəti proqramı gerçəkləşdirəcəyik. Məqsədimiz qətiyyətlə oyunçularımızı futbol biznesinə təqdim etməkdir. Biz böyük bir işin təməlini qoyuruq və öhdəçiliyimizi uğurla yerinə yetirməyə çalışırıq”.
Savyerimutto “HYUNDAİ AZERBAİJAN” şirkəti ilə bu gün imzaladıqları sponsorluq müqaviləsi haqda yüksək fikirdə olsa da, artıq ənənə halını alan anlaşmanın maddi tərəfini kommersiya sirri kimi saxladı: “Müqavilənin maddi tərəfini açıqlamayacağıq. Ancaq anlaşma ilə klubun rəhbərliyinin və texniki heyətin bu şirkətin avtomobilləri ilə təmin ediləcəyini deyə bilərəm. Bu, Azərbaycanın futbol biznesi sahəsində misli görünməmiş sponsorluq müqaviləsi olacaq. Biz yeni işin başlanğıcını qoyuruq. Bununla da digər klublara bir ismarıc göndərirəm ki, onlar da belə layihələri həyata keçirsin”.

0
0