Ceyhun Sultanovun “Simurq”a keçidi baş tutmadı
02.08.2010 - 14:37
Ceyhun Sultanovun “Simurq”a keçidi baş tutmadı
“Ceyhun Sultanovun komandamıza keçidi baş tutmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.

Bir müddət əvvəl “Xəzər-Lənkəran” rəhbərliyindən icazə alan və “Simurq”un məşqlərinə qatılan Ceyhun Sultanovun transferinin reallaşması üçün Zaqatala təmsilçisinin prezidenti Zaur Məmmədovun vətənə dönməsi lazım idi. Şəxsi işləri ilə əlaqədar ölkə xaricində olan Məmmədov artıq Bakıya qayıtsa da, Sultanovun transferi baş tutmayıb. Səbəbinə gəldikdə, “Simurq”un rəhbəri bunu belə izah edib: “Ceyhunun “Xəzər-Lənkəran”la müqaviləsi var. Onun keçidinin rəsmiləşməsi üçün qarşı tərəfə transfer haqqı ödəmək lazımdır. Bu da bizim büdcəmizə uyğun deyil. Ona görə də bu keçid baş tutmayıb”.