“Neftçi” – “Qarabağ” və “Turan” – “İnter” oyunları təxirə salındı
02.08.2010 - 14:44
Unibank Premyer Liqasının I turunda “Neftçi” – “Qarabağ” oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, bu klubların əvəzedici komandalarının avqustun 17-də keçirilməli olan görüşü baş tutmayacaq.
Buna səbəb “Neftçi”nin 6 üzvünün iyulun 25-dən avqustun 8-ə kimi 19 yaşlılardan, 3 üzvünün isə 17 yaşlılardan ibarət yığmamızın heyətində Avstriyada keçirilən təlim-məşq toplanışında olmasıdır. Bununla nəzərə alan Peşəkar Futbol Liqası (PFL) həmin görüşü təxirə salmağa qərar verib.
PFL prezidenti Ramin Musayevin imzaladığı əmrlə əvəzedicilərin ilk turunda həmin tarixdə keçirilməsi nəzərdə tutulan “Turan” – “İnter” oyunu da təxirə salınıb. “Turan”ın üç futbolçusu da həmin müddətdə U-17-nin heyətində Avstriyada təlim-məşq toplanışında olacaq.
Mənbə: pfl.az

0
0