FİFA hakimimiz həvəskarların turnirinə gedib
02.08.2010 - 14:52
Azərbaycanlı FİFA hakimi Anar Salmanovun həvəskar komandalar arasında keçirilən UEFA Regional Kubokunda idarə edəcəyi oyunlar dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Salmanov sabah Finlandiyanın “Helsinki” və Belarusun “Azot” komandaları arasında oyunda fit çalacaq. O, növbəti dəfə avqustun 7-də iş başında olacaq. Salmanov bu dəfə Cənubi Rusiya yığması ilə “Helsinki”nin görüşünü idarə edəcək.
Qeyd edək ki, 30 yaşlı Salmanov bu ildən FİFA referisi dərəcəsini daşıyır.
Qeyd edək ki, 30 yaşlı Salmanov bu ildən FİFA referisi dərəcəsini daşıyır.
0
0