“Simurq” yığmanın sabiq hücumçusu ilə müqavilə imzalayacaq
02.08.2010 - 15:08
“Samir Əliyevlə müqavilə imzalamağa hazırlaşırıq. Yəqin ki, anlaşmanın müddəti 1 il olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.
Yeni mövsümdə əsasən gənc və perspektivli oyunçulara güvənəcək “Simurq” bir neçə təcrübəli futbolçunu da heyətinə qatmağı planlaşdırıb. Onlardan biri də vaxtilə yığma komandanın da formasını geyinmiş, karyerası ərzində “Xəzər-Lənkəran”, “İnter”, “Neftçi” kimi iddialı klubların uğurları üçün tər tökmüş Samir Əliyevdir. Zaqatala təmsilçisinin keçirdiyi yoxlama oyunlarında da fərqlənən Əliyev “sarı-qara” forma altında da sözünü deməyə hazırlaşır.
Bu arada “Simurq”un ancaq ev oyunları zamanı Zaqatalaya gedəcəyi bildirilirdi. Qalan vaxtlarda isə əyalət klubu Bakıda məşq edəcək. Məsələyə klub prezidentinin aydınlıq gətirməsini istəsək də, buna nail ola bilmədik: “Məsələ hələ dəqiqləşməyib. Birinci oyunumuz Gəncədədir. Bu qarşılaşmadan sonra komanda birbaşa Zaqatalaya gedəcək”.

0
0