“Visla” problemlə üzləşdi - FOTO
02.08.2010 - 15:15
Avropa Liqasında “Qarabağ”ın III təsnifat mərhələsindəki rəqibi Polşanın “Visla” komandası problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Krakov təmsilçisi bir müddət əvvəl icarəyə götürdüyü argentinalı hücumçu Andres Riosun transfer vərəqini yeni alıb. Argentinanın “River Pleyt” klubundan icarəyə götürülən gənc hücumçunun Polşada qalıb işləməsinə icazə verilib. Ancaq bunun üçün argentinalının vətəninə dönməsi lazımdır. Futbolçu viza məsələsini həll etməsi üçün vətəninə dönməsi məcburiyyətində qalıb.
0
0