“Qarabağ”ın mümkün rəqibləri: “Bayer”dən “Napoli”yədək!
02.08.2010 - 15:35
Avropa Liqasında uğurla çıxış edən “Qarabağ” ötən ilki nailiyyətinin astanasındadır. Apasport.az saytının məlumatına görə, Polşada məğlub etdikləri “Visla”nı keçəcəyi halda, ağdamlıların bütün diqqəti İsveçrəyə yönələcək. Belə ki, IV təsnifat mərhələsindəki rəqib Nyon şəhərində atılacaq püşk zamanı müəyyənləşəcək.
IV təsnifat mərhələsində 74 klub mübarizə aparacaq ki, onlar da püşkatma zamanı 2 səbətə bölünəcək. Bu 74 komanda 3 istiqamətdən bura qoşulacaq.
Birincisi, III təsnifat mərhələsinin 35 qalibi İsveçrəyə ümidlə baxacaq. Onlar arasında “Qarabağ”la yanaşı, “Liverpul” (İngiltərə) və “Yuventus” (İtaliya) kimi nəhənglər də ola bilər.
İkincisi, Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olan 15 komanda arasında “Seltik” (Şotlandiya) və “Ayaks” kimi məşhur klublar da ola bilər. Lakin bu 50 komandanın hər birinin taleyinə bu həftə aydınlıq gəlməlidir.
IV təsnifat mərhələsində oynayacağı dəqiqləşən 24 komandanın səpələnmiş və ya səpələnməmişlər sırasında yer alacağı da həmin 50 klubun kimliyindən asılıdır. Lakin onlardan bəzilərinin səpələnmişlərdə olacağını əminliklə söyləmək olar. Bu isə o deməkdir ki, “Qarabağ” mərhələ keçəcəyi halda, 37 potensial rəqibindən bir qisminin adı indidən məlumdur.
Bunlar “Porto” (Portuqaliya), MOİK, “Lokomotiv” (hər ikisi Rusiya), PSV, “Feyenoord” (hər ikisi Hollandiya), “Styaua” (Rumıniya), “Lill”, PSJ (hər ikisi Fransa), “Bayer”, Dortmund “Borussiya”sı (hər ikisi Almaniya), “Palermo”, “Napoli” (İtaliya), “Xetafe”, “Vilyarreal” (hər ikisi İspaniya), “Metallist” (Ukrayna), AEK (Yunanıstan), “Mançester Siti”, “Aston Villa” (hər ikisi İngiltərə) və “Brügge” (Belçika) klublarıdır.

0
0