“Neftçi” 2, “İnter” 3 futbolçusunu “Simurq” klubuna icarəyə verdi
02.08.2010 - 15:24
“Neftçi” 2, “İnter” 3 futbolçusunu “Simurq” klubuna icarəyə verdi
“Simurq” “İnter” klubundan üç futbolçu icarəyə götürüb. Bu haqda apasport.az saytına Zaqatala təmsilçisinin baş məşqçisi Qyoko Hacıyevski məlumat verib. Onun sözlərinə görə, litvalı müdafiəçi Paulius Paknis, yarımmüdafiəçi Tofiq Mikayılov və gürcü hücumçu Baçana Sxadadze yeni mövsümdə sərəncamında olacaq: “Onlar bir il bizdə icarə əsasında çıxış edəcəklər. Biz bir sıra Azərbaycan klublarından gənc futbolçuları icarəyə götürmüşük. Məsələn, “Neftçi”nin əvəzedici heyətindən müdafiəçilər Ruslan Hüseynovla Elvin Yunusovu sıralarımıza qatmışıq. “İnter”lə danışıqlar nəticəsində bizə üç futbolçunu icarəyə verməyə razılıq verdilər. Paknis, Mikayılov və Sxadadze öz komandalarında əsas heyətdə yerləri nəzərdə tutulmayıb. “İnter” onları ehtiyatda saxlamaqdansa, başqa kluba icarəyə verməsini üstün tutdu və biz də bu variantı razılaşdırdıq”.

Qeyd edək ki, bu “üçlük”dən Paknis ötən mövsüm “İnter”in heyətində Azərbaycan çempionu olub. Qışda Polşanın “Korona” klubundan transfer edilən sağ cinah müdafiəçisinin adını Çempionlar Liqasının iştirak ərizəsinə daxil edilməməyi baş məşqçi Kaxaber Sxadadzenin yeni mövsümdə ona güvənməməyinin göstəricisi idi. Sxadadze vaxtilə “Standard”a, mövsümlərarası fasilədə isə “İnter”ə gətirdiyi 23 yaşlı Baçana oğludur.

Mehman SÜLEYMANOV