“Qarabağ” Henrik Kasperçakı istefaya göndərə bilər
02.08.2010 - 16:00
“Qarabağ” Henrik Kasperçakı istefaya göndərə bilər
“Visla” Avroliqanın III təsnifat mərhələsində Bakıda “Qarabağ”la oyundan sonra başsız qala bilər. Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, Krakov təmsilçisi mübarizəni dayandıracağı təqdirdə, Henrik Kasperçak baş məşqçi postundan qovulacaq: “Ağdam təmsilçisi ilə matçda qələbə qazanılmazsa, Krakov təmsilçisinin baş məşqçisi üçün tabut Bakıda hazırlanacaq. Kasperçak isə heç vətənə dönmədən istefa qərarını orada açıqlamalıdır. Bu halla üzləşməmək üçün ona mərhələ adlamaq vacibdir”.

Artıq “Visla”nın növbəti mövsümə yeni baş məşqçi ilə başlamaq ehtimalının yüksək olması müzakirə obyektinə çevrilib. Son mövsümdən KİV nümayəndələri üçün hədəfə çevrilən Kasperçakə artıq vətənində əvəzedici də axtarırlar: “Sonuncu mövsümün axırında da “Visla”ya yeni baş məşqçi təyin edilə bilərdi. Lakin Kasperçakə özünü doğrultmaq üçün vaxt verildi. O, bu sınaqdan qalib ayrılmasa, komanda yeni mövsümə başqa məşqçi ilə başlayacaq. Bu mütəxəssisin isə əcnəbi olacağı gözlənilir”.

Qeyd edək ki, Polşadakı ilk oyunda “Qarabağ” “Visla”ya 1:0 hesabı ilə qalib gəlib. Cavab görüşü isə avqustun 5-də keçiriləcək.