Dmitri Kramarenko “Simurq”a keçə bilmir
02.08.2010 - 23:01
“Ceyhun Sultanovla yanaşı, Dmitri Kramarenkonun da komandamıza keçidi baş tutmadı. Onların “Xəzər-Lənkəran”la müqavilələri var”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Mövsüm bitəndən sonra Zaqatala təmsilçisinin sükanı arxasına keçən makedoniyalı mütəxəssis heyəti əsasən gənclərdən qursa da, bir sıra təcrübəli futbolçuları da sərəncamında görmək istəyir. Bu mənada “Xəzər-Lənkəran”ın yollarını ayırdığı qapıçı Dmitri Kramarenko ilə yarımmüdafiəçi Ceyhun Sultanova üz tutan Hacıyevski istəyinə çatmayıb: “Onların keçidinə görə “Xəzər-Lənkəran”a müəyyən kompensasiya ödəmək lazımdır. Bizim isə buna maddi gücümüz çatmır. Ona görə transfer baş tutmur. Vaxtilə “Bakı”da rəhbərliyim altında oynayan yarımmüdafiəçi Səbuhi Həsənovun da keçidi alınmadı. Onunla bağlı maddi problem yox idi. Biz Səbuhini icarəyə götürməyə hazır idik. Ancaq “Bakı”nın almaniyalı baş məşqçisi Vinfred Şafer Həsənovu yeni mövsümdə sərəncamında görmək istədi”.
Hacıyevski yalnız təcrübəli hücumçu Samir Əliyevlə bağlı narahat deyil: “Samir hələ də hazırlığımızda iştirak edir. Onun sərbəst futbolçu olması işini asanlaşdırır. Yəni Sultanov və Kramarenkodan fərqli, Əliyevin hansısa klubla müqaviləsi yoxdur ki, ona görə kompensasiya ödəyək. Samirlə müqavilə məsələsi ilə bağlı söhbətləşdim. O, anlaşmanın imzalaması ilə bağlı problem olmadığını dedi. Klubumuzun prezidenti Zaur Məmmədov xaricdən qayıdıb və bu həftə Əliyevlə müqavilə bağlayacağıq”.
Mehman SÜLEYMANOV

0
0