Kleber “Qarabağ”la cavab oyununu da buraxacaq
02.08.2010 - 16:46
“Visla” Avropa Liqası çərçivəsində “Qarabağ”la cavab görüşünə hazırlığın son mərhələsinə başlayıb. Apasport.az saytının məlumatına görə, bu gün səhər ilk məşqi trenajor zalında keçirən vitse-çempion ardından bir saat meydançada çalışıb.
Komanda üzvləri şərti olaraq “qırmızılar”, “sarılar”, “göylər” olmaqla üç qrupa bölünüb. Bunlardan ikisi tərəfli oyunda iştirak edib, uduzanın yerinə üçüncü qrup daxil olub.
“Visla” üçün məşq arzuolunmaz sonluqla bitib. Belə ki, yarımmüdafiəçi Lukas Qarqula zədələnərək, meydanı tərk etməli olub. Yalnız viza məsələləri ilə əlaqədar vətəninə yollanan argentinalı müdafiəçi Andres Riosun yoxluğunda “Visla”nı braziliyalı Kleberin durumu qayğılandırmaqda davam edir.
Belə ki, təcrübəli müdafiəçi “Qarabağ”la Bakıdakı görüşü də buraxmalı olacaq: “Mən özümü yaxşı hiss edirəm. Ancaq “Qarabağ”la avqustun 5-də keçiriləcək oyunda da meydana çıxmağım şübhə doğurur”.

0
0