“İnter”də növbəti istefa
02.08.2010 - 17:11
“İnter”də növbəti istefa
“İnter”dən ayrıldım. Səbəbinə gəldikdə, ortada ciddi heç nə yoxdur. Rəhbərliklə danışdım və ayrılmağın zamanı çatdığını bildirdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun baş menecerinin müavini Kamran İsmayılov deyib.

Bir müddət əvvəl baş menecer Rustəm Abdullayevin postundan kənarlaşdırılması və onun Zaur İsmayılovla əvəzlənməsinin ardından Kamran İsmayılovun komandadan ayrılması bir qədər gözlənilməz oldu. Amma İsmayılov 3 ildir çalışdığı klubdan gedişinin səbəbini tam təfərrüatı ilə açıqlamayıb: “Doğrudan da 3 il “İnter”də xoşbəxt həyat sürdüm. Nailiyyət də qazandıq, yaxşı günlərimiz də oldu. Eyni zamanda, təcrübə topladıq. Hər şeyin sonu olduğu kimi, bir gün mən də klubdan ayrılmalı idim. Prezident və digər rəsmlərlə dostcasına ayrıldım. Başqa klubda çalışana qədər bütün qəlbimlə “İnter”ə azarkeşlik edəcəyəm”.