“Turan”dan ayrılan futbolçular “Milsami”yə keçdilər
02.08.2010 - 17:38
“Turan”dan ayrılan futbolçular “Milsami”yə keçdilər
Ötən mövsüm “Turan”ın formasını geyinən, çempionat başa çatdıqdan sonra isə klubla yollarını ayıran ukraynalı yarımmüdafiəçi Anton Kovalevski və moldovalı Valeri Onila özlərinə yeni komanda tapıblar. Apasport.az saytının xəbərinə görə, onlar karyeralarını Moldova milli diviziyasında çıxış edən “Milsami” klubunda davam etdirəcəklər. Artıq hər iki oyunçunun adı klubun federasiyaya təqdim etdiyi iştirak ərizəsinə daxil edilib.

Bir vaxtlar “MKT-Araz”ın formasını geyinən moldovalı hücumçu Marçel Reşitka da özünə yeni komanda tapıb. Moldovalı futbolçu “Kostulen”in formasını geyinəcək.

Qeyd edək ki, Reşitka 2007-ci ildə İntertoto kuboku uğrunda Moldovanın “Tiraspol” klubu ilə keçirilən oyunda İmişli təmsilçisinin qolunu vurub. Həmin oyun 1:0 hesabı ilə “MKT-Araz”ın xeyrinə başa çatıb.