Araz Abdullayev sabah yığmaya qoşulacaq
02.08.2010 - 16:58
Azərbaycan milli komandasının bu gün Bakıda başlayan təlim-məşq toplanışına bir futbolçu qatılmayıb. Apasport.az saytının məlumatına görə, Araz hazırda vətəndə olmadığı üçün yığmanın hazırlıq prosesindən kənarda qalıb.
O, ali məktəbə qəbul imtahanları ilə bağlı Dağıstanın Respublikasının paytaxtı Mahaçqalaya getdiyi üçün millinin hazırlığına sabahdan qoşulacaq.
Qeyd edək ki, Abdullayevlə “Neftçi”də komanda yoldaşı olan yığma üzvü Mirhüseyn Seyidov da həmin məqsədlə Mahaçqalaya yollanıb. Ancaq Mirhüseyn indiyə kimi milliyə çağırılmayıb.
Mənbə: affa.az

0
0