Messi meydan oxudu
02.08.2010 - 21:29
“Barselona”nın ulduzu Lionel Messi komandanın yeni mövsümdə də qatıldığı bütün turnirlərdə qələbə uğrunda mübarizə aparacağını bildirib. Apasport.az saytının əbərinə görə, argentinalı futbolçu vurğulayıb ki, komandasının məqsədi və taktikasında heç bir dəyişiklik yoxdu: "Həmişə olduğu kimi, bütün yarışlarda rəqibləri üstələməyə çalışacağıq. Təbii ki, mübarizələr asan olmayacaq. Fəqət komandamız belə işlərin öhdəsindən gəlmək üçün yetərincə güclüdü. Dünya çempionatında Argentina yığmasının uğursuzluğunu çox pis yaşadım. Amma indi hər şey qaydasındadı və yalnız "Barselona" barədə düşünürəm".
0
0