“Fənərbaxça”nın hücumçusu “Rubin”ə keçir
03.08.2010 - 08:45
“Fənərbaxça”nın ispaniyalı futbolçusu Daniel Quiza karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu son iki ildə bu ölkənin çempionu olan “Rubin” klubuna keçməyə yaxındır.
Kazanlılar 2008-ci ildə yığmasının heyətində Avropa çempionu olan Quiza ilə müqavilə bağlamaq üzrədir. Futbolçunu inandırmaq məqsədilə “Rubin”in baş məşqçisi Qurban Berdıyev bu həftə İstanbula gəlib. Danışıqlar yekunlaşmaq üzrədir və Daniel yaxın günlərdə “Rubin”in heyətində yer alacaq.
Əslində, Kazan təmsilçisi onunla hələ bir neçə il əvvəl vətənində “Xetafe”də oynadığı zaman maraqlanıb. Ancaq həmin vaxt Quizanın Rusiyaya gəlişinə həyat yoldaşı, aktrisa Nuriya Bermudes mane olub. Ancaq indi xanım ərinin ardınca Kazana getməyə hazırdır.
Qeyd edək ki, Quiza ötən ilin iyunun 9-da yığmasının heyətində Bakıda keçirdikləri yoldaşlıq görüşündə (6:0) millimizə qol vurub.

0
0