Qazaxıstan yığması Bakıya yeni baş məşqçi ilə gələ bilər
03.08.2010 - 09:41
Azərbaycan millisinin AVRO-2012-də rəqibi olan Qazaxıstan yığmasının baş məşqçisi Bernd Ştorkun başının üstünü “qara buludlar alıb”. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssisin gələn il yığmamızla görüşədək postunda qalacağı sual altındadır.
Ştorkun Qazaxıstan Futbol Federasiyası (QFF) ilə müqaviləsi bu ilin sonunda bitir. Onunla anlaşmanın uzadılması yığmanın uğurlu çıxışından asılıdır. Bu da sentyabr və oktyabrda Türkiyə, Avstriya, Belçika, Almaniya ilə keçiriləcək oyunlara aiddir. QFF-nin baş katibi Sayan Həmitcanov jurnalistlərlə son görüşündə Ştorkun yığmamızla oyunlara qədər vəzifəsindən getməsinin mümkünlüyünə işarə vurub: “Bernd Ştork üçün keçid balı üç xal təyin olunub. Ancaq bu, minimumdur. Əgər Ştork bunu yığmasa, biz onunla əməkdaşlığı dayandırıb, başqa məşqçi axtaracağıq”.

0
0