“Simurq” Qyoko Hacıyevskiyə əvəzləyici tapdı
03.08.2010 - 11:28
“Simurq” Qyoko Hacıyevskiyə əvəzləyici tapdı
Zaqatalanın “Simurq” klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, Vaqif Əliyev komandanın icraçı-direktor vəzifəsinə təyin olunub. O, bu postda makedoniyalı Qyoko Hacıyevskini əvəzləyib.

Məlum olduğu kimi, Hacıyevski ötən mövsümün sonunda “Simurq”a gəldiyi zamanı icraçı-direktor təyin edilmişdi. Zaqatalalılar mövsüm bitəndən sonra ukraynalı Roman Pokora ilə yollarını ayıraraq, baş məşqçi postuna Hacıyevski gətirdi.

Qeyd edək ki, yeni icraçı-direktor son bir ildə “Simurq”da hüquqşünas vəzifəsində çalışıb. 1956-cı ildə Qazax rayonunda anadan olan Əliyev futbolçu kimi Ukraynanın Odessa şəhərinin “Dinamo” və “Fakel” komandalarında oynayıb, sonralar uzun müddət SSRİ və Azərbaycan Respublikasının daxili işlər orqanlarında müxtəlif vəzifələri tutub.