“Berti Foqts bizə şans verilib-verilməyəcəyi barədə heç nə demədi”
03.08.2010 - 11:56
“Küveytlə oyunun hazırlığını davam etdiririk. Əsasən texniki və taktiki hazırlığa üstünlük veririk. Məşqlərin ağır keçdiyini deyə bilmərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov deyib.
Millimizin Bakıdakı keçirilən təlim-məşq toplanışında iştirak edən “Neftçi” klubunun gənc yarımmüdafiəçisi Küveytlə görüşdə oynayıb-oynamayacağını bilmir: “Təlim-məşq toplanışında baş məşqçi Berti Foqts futbolçuların hazırlığını nəzərdən keçirir. Yoldaşlıq görüşündə bizə şans verib-verməyəcəyi barədə heç bir söz deməyib. Mən oynadım və ya başqası, fərqi yoxdur. Yoldaşlıq görüşü də olsa, Küveyti udmalıyıq”.
22 yaşlı futbolçu həftəsonu start götürəcək Unibank Premyer Liqası haqda da fikirlərini açıqlayıb. Flaqmanın çempionata 70-80 faiz hazır olduğunu bildirən Hüseynovun səbəb kimi Türkiyədə keçirilən yoldaşlıq görüşlərini göstərib: “Bildiyiniz kimi, Avstriyada və Türkiyədə hazırlıq keçdik. Ötən illə müqayisədə komandamız xeyli güclənib. Heyətimizdə elə də çox legioner yoxdur. Ancaq transfer etdiyimiz transferlər xoş təsir bağışlayırlar. Şəxsən mən komandamızın 70-80 faiz çempionata hazır olduğunu düşünürəm. Türkiyədə keçirdiyimiz yoldaşlıq oyunları da göstərdi ki, güclü komandamız var”.
Hüseynov növbəti mövsüm “Neftçi”nin çempionluq uğrunda mübarizə aparacağını, başqa nəticənin komanda üçün uğursuz sayılacağını vurğulayıb: “Neftçi” həmişə çempionluq uğrunda mübarizə aparıb. Bu il qurduğumuz heyətlə bu istəyimizə çatacağımıza inanıram. Ancaq və ancaq çempionluq haqda düşünürük. Başqa nəticə bizi qane etməyəcək. İlk oyunda güclü “Qarabağ”la doğma meydanda qarşılaşacağıq. Düşünürəm ki, qələbə qazansaq, bu növbəti oyunlar, çempionluq üçün stimul olacaq”.

0
0