Elvin Əliyev özünə yeni komanda tapdı
03.08.2010 - 12:10
Elvin Əliyev özünə yeni komanda tapdı
“Elvin Əliyev hazırda bizim məşqlərdə iştirak edir”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

Yeni mövsümün hazırlığını davam etdirən paytaxt təmsilçisi heyətini gücləndirməyə çalışır. 2 gün əvvəl “Bakı”dan uzaqlaşdırılan Əliyev də yenidən keçmiş klubuna dönüb. Baş məşqçi də onun keçidinə qarşı deyil: “Yerli futbolçudur. “Bakı” kimi klubda oynayıb. Nəyə qadir olduğunu bilirik. İnşallah, yaxın günlərdə müqavilə imzalayacağıq”.