“Liverpul” satılır
03.08.2010 - 12:21
Mərkəzi Honq-Konqda yerləşən “QSL Sport LTD” yatırım şirkətinin çinli sahibi Kenni Huanq İngiltərənin “Liverpul” klubunu satın almaq istəyir. Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, iş adamı klubu almaq üçün 350 milyon funt sterlinq təklif irəli sürüb.
İddiaya əsasən Kenni Huanqın təklifi transfer pəncərəsinin son günü – avqustun 31-dək qüvvədə olacaq. Hazırda “Royal Bank of Scotland”a 237 milyon funt sterlinq borcu olan “Liverpul”un amerikalı sahibləri Tom Hiks və Corc Gillet təklifə müsbət cavab verəcəyi ehtimalı edilir. Cinli iş adamı klubu alacağı təqdirdə, bütün borclarını ödəyəcəyini üzərinə götürür və baş məşqçi Roy Hodsona transfer üçün yetərincə büdcə ayıracağını sözünü verir.
Qeyd edək ki, klubun hazırkı sahibləri Tom Hiks və Corc Gillet 2007-ci ildə “Liverpul” satın alarkən, “qırmızılar”in dəyəri 219 milyon funt sterlinq idi.

0
0